XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 18:50

Fəhmin Hacıyev də danışdı:“Sürət Hüseynov daxili qoşunları erməni mühasirəsinə saldı”

fehmin

Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev keçmiş baş nazir Sürət Hüseynovun onun barəsində səsləndirdiyi ittihamla bağlı Teleqraf.com-a açıqlama verib.

Xatırladaq ki, "Xural" qəzetində 2004-cü ildə çap olunmuş və Strateq.az-da yenidən təkrar verilən müsahibədə Sürət Hüseynov AXC hakimiyyəti zamanı yüksək post tutan bir sıra şəxslərlə bağlı fikirlər işlədib. O, həmçinin iddia edib ki, həmin dövrdə Daxili Qoşunların (DQ) komandanı olan Fəhmin Hacıyev əməliyyat zamanı BMP-2 üzərində olan pulemyotdan ermənilərə deyil, öz əsgərlərimizə güllə atmağı tapşırıb. 

Bununla bağlı F.Hacıyev Teleqraf.com-a deyib: “Bu cür sayıqlamalara fikir bildirməyi mənasız vaxt itkisi hesab edirəm. Daxili Qoşunların bütün şəxsi heyəti gözəl bilir ki, döyüş əməliyyatlarını birbaşa mən aparmırdım. Ümumiyyətlə, döyüş əməliyyatlarının hazırlanması və əməliyyatların keçirilməsinə müdafiə nazirinin əmrinə əsasən korpus və briqadaların komandan heyəti rəhbərlik edirdi. Daxili Qoşunlar isə bu əməliiyatlarda verilmiş konkret tapşırıqları icra edirdi. Ancaq Sürət Hüseyinova tabe olan qüvvələr mövqeləri digər qüvvələrə təhvil vermədən müdafiə xəttini düşmənə buraxıb getdikdən sonra ermənilər hücuma keçərək bəzi yüksəklikləri ələ keçırmışdı. Daxili Qoşunlar isə yarımmühasirə vəziyyətinə düşmüşdü. Xəbəri alan kimi təcili olaraq Bakıdan döyüş bölgəsinə yollandım. Gecə Tərtərə çatdım. Ermənilər artıq Ağdərənin bəzi əhəmiyyətli yüksəkliklərinə nəzarət edirdilər. Buna baxmayaraq, maşınların işıqlarını söndürərək ay işığinda Ağdərəyə girdik. Ağdərənin ətraf yüksəkləri ermənilərdə idi. Daxili Qoşunların alay komandiri olmuş Teymurovu rabitə maşınında özünü itirmiş formada tapdim. Sürət Hüseynov qoşunları geri çəkdikdən sonra Teymurov qüvvə azlığından müqavimət göstərə bilmir. İtki verir və pərakəndəlik yaranır. Yalnız bundan sonra doyüş bölgəsində idarəetməni öz əlimə alıram. Səhər saat 11-12 radələrində bütün qüvvələrlə rabitə bərpa olunur. Qüvvələr cəmləşir və müdafiə xətti möhkəmləndirildi. 

Sürət Hüseyinov qüvvələri geri çəkən zaman Ağdam istiqamətində də vəziyyət gərginləşmişdi. Sağı və solu xəbərdarlıq edilmədən ərazilər boşaldılıdığından Daxili Qoşunların bir taboru mühasirəyə düşmüşdü. Ağdərə istiqamətində vəziyyətin nisbətən nəzarətə alınmasından sonra Fərrux istiqamətində əks-hücün əməliyyatı keçirərək mühasirədə olan taboru çıxardıq. Müdafiə xəttini möhkəmləndirdikdən sonra Tərtərin icra başçısının otağından Ali Baş komandana məruzə etdim”.

Sonda F.Hacıyev qiyamçı polkovnik barədə aşağıdakıları deyib: “Bu adam hələ də dərk etmir ki, komandan ayrılıqda bir atıcıya əmr vermə imkanına sahib deyil. Dəstəbaşı düşüncəsi ona bundan artığını dərk etməyə imkan vermir. Elə buna görə də o, alətə çevrildi”.