“Bu gün Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterbuq şəhərində keçirilmiş üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımdır”.
Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik twitter səhifəsində yazıb.
O qeyd edib ki, görüşün yekununda bəyanat qəbul olunub: “Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində işləməliyik”.
Report.az