XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 12:21

Azərbaycan təşkilatlarından Almaniyanı fakt qarşısında sorğu –Suallar

bundestaq

Alman-Azərbaycan Mədəniyyət Evi və Dünya Azərbaycanlıları Assambleyası Almaniya Federativ Respublikası Bundestaqında təmsil olunan 3 partiya qrupuna (Xristiyan Demokratlar, Yaşıllar və Sosial Demokratlar) parlament sorğusu göndərib. 

DAA-nın mətbuat xidmətindən verilən məlumata görə, sorğu aşağıdakı kimidir:  

Qondarma erməni soyqrımı iddiasını qəbul etməzdən öncə hansı araşdırma prosesi aparılıb? Aparlıbsa qərar qəbul edilərkən hansı arxiv sənədləri, dəlillər əsas götürülüb? Türkiyə hökümətinin "Osmanlı arxivlərini açmağa hazırıq" çağırışı nəzərə alındımı? Sizcə, bu cür qərarların qəbul edilməsi tarixçilərin, hüquqşünasların, araşdırmacıların fəaliyyət sahəsinə daxil deyilmi? 

Sonuncu sual belədir: “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər hansı bir qərarı yalnız məhkəmənin verə biləcəyindən partiyanızın millət vəkillərinin xəbərdardılarmı? Əgər xəbərdardırlarsa, sizcə, bu addım BMT konvensiyanının bu maddəsinin pozulması deyilmi?"

DAA mətbuat xidmət bildirir ki, veriləcək cavaba görə Bundestaqda qərar vermiş bu millət vəkilləri ilə iş planı hazırlayıb, işləyəcək.