XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 15:52

Qubad İbadoğlu nazirliyi məhkəməyə verir –Açıqlama

qubad-3

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verir.

Strateq.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun müavini Ellada Məmmədli məlumat verib.

O bildirib ki, Ədliyyə Nazirliyi hərəkatın dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə “yox” deyib: “Nazirlik buna səbəb olaraq hərəkatın nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmamasını göstərib. Artıq 3-cü dəfə hərəkatın qeydiyyat ilə bağlı sənədlər geri qaytarılır. Məncə bunlar bəhanədir".

E.Məmmədli deyib kii, Ədliyyə Nazirliyi ilə hərəkatın arasında yaranmış məsələ məhkəmədə həll olunacaq: “Bu məsələ həllini tapmayınca şikayətlər davam edəcək. Hətta Avropa Məhkəməsinə də müraciət edəcəyik".