XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 11:05

Hikmət Hacıyev:"Nalbandyanın bəyanatları hazırkı danışıqların məntiqinə uyğun deyil"

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir. O, hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqe ilə ziddiyyət təşkil edir".

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib.

Mətbuat katibi bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Sankt-Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.