XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 15:34

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünütəşkil etmək istəyir

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bəyan edib.

Bu barədə çərşənbə axşamı Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe bildirib: "Münaqişə tərəfləri arasında vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri öz öhdəliklərini yerinə yetirməkdə davam edəcəklər. Eləcə də etimadın bərpa olunması və münaqişənin dinc yolla həll edilməsi istiqamətində səy göstərəcəklər. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır".

Səfirin sözlərinə görə, Fransa Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün nəticələrini alqışlayır: “Münaqişənin dinc yolla həllinə yalnız daimi dialoq vasitəsilə nail olmaq mümkündür". (oxu.az)