XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2016 - 16:02

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində monitorinqinsidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığında Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət ediblər.