XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 10:55

Məşhur politoloq:“Nazarbayev Bakıya İlham Əliyevdən kömək istəmək üçün gəlir”

heyder camal

Məhz Rusiyanın iqtisadi böhran fonunda oynadığı gizli oyun Qazaxıstandakı stabilliyi pozdu.

Bu sözləri öz bloqunda politoloq Heydər Camal yazıb. Onun sözlərinə görə, Nazarbayev Bakıya İlham Əliyevdən yardım istəmək üçün gəlir:

“Avqustda Qazaxıstan prezidenti Bakıya səfər edəcək. Ona görə də rusiyalı ekspertlər artıq bununla bağlı şayiələr yaymağa başlayıblar. Qazaxıstan prezidenti Aktobedəki hadisələrdən və ölkədə başladılan anti-Çin dalğasından çox qorxub. Qazaxıstan hüquq-mühafizə orqanlarının bu proseslərin qarşısını alması üçün güc tətbiqi artıq onların bütün proseslərin haradan qaynaqlandığını bildiklərini göstərir. Məhz Rusiyanın bu ölkədəki iqtisadi böhran fonunda oynadığı gizli oyun Qazaxıstandakı stabilliyi pozur. Bu destabilizasiya, sözsüz ki, anti-Çin xarakteri daşıyır və məqsədi Çinin Rusiyaya təkəbbürlü yanaşmasına cavab verməkdir. Başqa bir məqam isə İpək Yolu ilə bağlıdır. Pekinin fikrincə, İpək Yolu Rusiyadan kənar –  Qazaxıstandan keçməlidir. Üstəlik, Qazaxıstan öz enerji ixracatını da Rusiyadan kənar – Azərbaycan, Gürcüstan və Türkiyədən keçirməyi planlaşdırır. Məhz belə planlar Qazaxıstan küçələrində yerli “malofeyevlər”in təşkilatçılığı ilə sələfilərin peyda olmasına şərait yaratdı”. (Axar.az)

Camalın fikrincə, artıq Nazarbayev ölkənin Rusiya-ABŞ intriqasının ortasında qaldığını görür. Onun sözlərinə görə, Nazarbayev Qazaxıstanın bu intriqanın ortasında qalıb yox olmaması üçün Ankaranın dəstəyini qazanmağı planlaşdırır və buna görə də Əliyevin yanına gəlir.

Qeyd edək ki, Qazaxıstan liderinin payızın ortasında Azərbaycana səfəri edəcəyi gözlənilir. Hazırda diplomatik kanallar vasitəsilə səfərin dəqiq tarixi və proqramının müəyyənləşdirilməsi üzrə işlər aparılır.