XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 12:58

Erməni politoloq:“Rusiya Qarabağla bağlı qərarını verib, Ermənistan əraziləri qaytarmalı olacaq”

sahnazaryan

Rusiya Qarabağla bağlı məsələdə yenidən Lavrov planını işə sala bilər.

Bu barədə erməni politoloq David Şahnazaryan deyib. Onun sözlərinə görə, Sankt-Peterburq görüşündən öncə Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığına dair iki mühüm informasiya yayılıb:

“Birincisi, Rusiya “TOS-2” xüsusi hücum silahının ikinci partiyasını çatdırmağa başladı. Azərbaycan artıq belə sistemlərə və daha güclü silahlara sahibdir. İkincisi isə görüşdən 3-4 gün öncə Rusiyanın T-90 tanklarının Azərbaycana çatdırdığına dairdir. Hansı ki, bu tanklar Ermənistanda yoxdur. Bütün bunlar rəsmi məlumatlardır. Bunun fonunda Rusiya Ermənistanla imzaladığı 200 milyon kredit sazişinə əməl etmir. Məndə olan dəqiq məlumata görə, bu ilin sonuna qədər də Ermənistana silahlar verilməyəcək”.  (Publika.az)

Erməni politoloq bildirib ki, Rusiya artıq Qarabağla bağlı qərarını verib və bu, Ermənistanın xeyrinə deyil.

“Sankt-Peterburq görüşündə ATƏT-in olmaması isə görünməməiş hadisə idi. Görünür, məsələ həll olunub və Qərb də Rusiya ilə razılaşıb. Əgər Sankt-Peterburqda masaya yatırılan plan işləməsə belə, o zaman Rusiya Lavrov planını önə çıxaracaq. Nəticə etibarilə, bu planlar Ermənistanın əraziləri təhvil verməsini nəzərdə tutur”, – o qeyd edib.