XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 14:02

Zərdüşt Əlizadə:“5 rayon və sonra 2 rayon da qaytarılsa münaqişə həllini tapmayacaq”

zerdust-1

Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb.

Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb. Novruz Məmmədovun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. "Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi istiqamətində tərəflər prinsip etibari ilə razılığa gəldilər", – deyə administrasiya rəhbərinin müavini bildirib.

Mövzu ilə bağlı politoloq Zərdüşt Əlizadə  deyib ki, əslində 5 rayonun qaytarılması çox texniki bir prosesdi: “Əsas odur ki, Rusiya Dağlıq Qarabağı bölgəyə nəzarət aləti kimi saxlamaq istəyir. Rusiyanın məqsədi aydındır. Bu məqsədi həyata keçirtmək üçün Rusiya çalışmalıdır ki, münaqişə həll edilməsin. Təbii ki, münaqişənin formatı, şəkli, gedişi dəyişə bilər, amma münaqişə həll edilməmiş qalmalıdır.

Politoloqun sözlərinə görə, münaqişənin qalması üçün də Madrid prinsiplərində Azərbaycan üçün xeyli tələlər var. Həmin tələlərdən biri Ermənistanın israrla dediyi və Azərbaycanın rəsmilərinin düşünmədən razılaşdıqları referendum məsələsidir. İkincisi, qeyd edilən iki rayounun nə vaxt qaytarılması məsələsidir. Üçüncü, sülhmərmalı adı altında bölgəyə yerdilən qoşunların hansı dövlətə mənsub olması məsələsidir:

Yəni, bu təfərrüatlarda istənilən qədər tələlər qoyula bilər. Bu baxımdan bu cür açıqlamanı hansısa bir zəfər raportu kimi qəbul etmək lazım deyil. Sadəcə prosesləri zamana buraxmaq lazımdır. Hələlik nə Azərbaycanda, nə də Ermənistanda dövlətlərin, xalqın dediyi sözlər güzəştli sülhün mümkünlüyünə ümid etməyə əsas vermir. Bu gün hətta 5 rayon və sonra 2 rayon da qaytarılsa münaqişə həllini tapmayacaq. Sadəcə burada formatın dəyişməsi prosesi baş verə bilər”.

 Deyerler.org