XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2016 - 18:42

Səməd Seyidov:“AŞPA sədri ilə son islahatlar və dəyişikliklərlə bağlı fikir mübadiləsi apardıq”

SEMED

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov qurumun sədri Pedro Aqramuntla görüş keçirib.

 

APA-nın Avropa müxbirinin xəbərinə görə, S. Seyidov assambleya sədri ilə bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, eləcə də AŞPA-da Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında görüşlərin təşkilinin mümkünlüyü haqqında müzakirələr apardıqlarını bildirib: “AŞPAsədri ilə çox konstruktiv görüş keçirdik və hesab edirəm ki, hər dəfə sessiyada AŞPA sədri ilə görüşərək fikir mübadiləsi aparmaq ümumilikdə Azərbaycan və Avropa Şurası arasındakı münasibətlərə müsbət təsir edir. Əlbəttə ki, görüşümüzdə əsas mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi oldu. Biz belə bir fikirdəyik ki, AŞPA-da Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin arasında görüşlərin təşkil edilməsi zəruridir. Biz bu görüşlərə çoxdan hazırıq, ancaq erməni tərəfi həmişə bu görüşlərdən imtina edir. Əminəm ki, nə qədər imtina etsələr də, nə vaxtsa gəlib masa arxasına oturacaqlar. Çalışırıq ki, üzümüzə gələn növbəti sessiyada belə bir görüş keçirilsin və biz parlament səviyyəsində həm münaqişə ilə bağlı, həm də Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin AŞPA-nın fəaliyyəti ətrafında müzakirələr aparaq. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir. Bununla yanaşı, biz AŞPA sədri ilə Azərbaycanda son islahatlar və dəyişikliklərlə bağlı ətraflı fikir mübadiləsi apardıq və bu da bizim üçün çox xeyirli idi. Ümumi şəkildə mən bu görüşü müsbət qiymətləndirirəm və hesab edirəm ki, belə görüşlər bizim üçün çox xeyirlidir”.