XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 12:37

“Azərbaycanın hərbi kompleksinin inkişafını maraqla izləyirik” –Gürcü general

“Biz Azərbaycan Silahlı Qüvvələrinin inkişafını diqqətlə müşahidə edirik, uğurlarına sevinirik”.

Bunu Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Gürcüstan Silahlı Qüvvələrinin qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze deyib.

O, Azərbaycana və bütövlükdə Cənubi Qafqaz regionuna sülh arzulayıb: “Hər bir ölkədə sülh olmalıdır”.

V. Kapanadze Gürcüstanla Azərbaycan arasında hərbi sahədə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib:

“Çoxsaylı tədbirlər və təlimlər keçiririk. Biz Azərbaycan Silahlı Qüvvələri ilə mütəmadi olaraq təlimlərdə birgə iştirak edirik. Azərbaycan hərbçiləri Gürcüstanda təşkil olunan dağ hazırlıq təlimlərində tez-tez iştirak edirlər. Bizim Türkiyə və Azərbaycanla üçtərəfli təlimlərimiz də keçirilir. Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin zabitləri təcrübə mübadiləsi aparır, hərbi biliklərini daha da zənginləşdirirlər. Azərbaycanın hərbi kompleksinin inkişafını maraqla izləyirik”.

APA