XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 01:27

Türkiyə prezidenti:"Avropa İttifaqı davranışını dəyişməsə, digərləri də İttifaqı tərk edəcək”

erdogan

Böyük Britaniyanın Aİ  tərkibindən çıxması İttifaqın yeni mərhələyə qədəm qoymasından xəbər verir.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Biz bütün dünya ilə birgə Böyük Britaniyanın referendumda “hə” deyəcəyini gözləyirdik. Lakin nəticə başqa oldu. Bununla da Avropa İttifaqının yeni dövrü başladı. Uzun müddətdir ki, bir çox məsələlərdə Avropa İttifaqı özünün dəyərlərinə zidd hərəkət edir. Aİ davranışını dəyişməsə, digər ölkələr də İttifaqı tərk edəcək”, – deyə Ərdoğan bildirib.