XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 19:03

“Qud bay, frau Angela”:Merkelin “mqirant ordusu” Londonu necə qorxutdu?

 merkell

“Britaniyalılar kütləvi miqrasiyadan qorxaraq Avropa Birliyindən üz döndərdilər”.

Strateq.az bildirir ki, bu barədə nufuzlu “The Atlantic” jurnalı yazıb.

Təhlildə qeyd olunur ki, Breksit”nə xeyrinə olan seçim göstərdi ki, britaniyalılar ölkələrinin “ağzına kimi dolduğunu” aydın başa düşüblər: “Britaniyanın miqrasiya siyasətinə Londonla bərabər  Avropa Birliyi də təsir edir. Lakin vətəndaşların qərarında ən mühüm rolu avropa elitasına olan etimadsızlıq oynadı. Bu elita öz ölkələrinin əhalisini qloballaşmanın xoşagəlməz nəticələrindən qoruya bilmədi. Əksinə, bu liderlərdən bəziləri prosesin tərsinə getməsi üçün çalışdılar”.

Təhlildə qeyd olunur ki,  Britaniyanın Birlikdən çıxmasının əsas səbəbkarı Almaniyanın baş naziri Angela Merkel oldu. Onun Almaniya və Avropanın qapılarını milyonlarla miqrantın üzünə taybatay açmaq qərarı hər şeyi həll etdi.  

Britaniyanın milli statistika xidmətinin məlumatına görə, 2015-ci il ərzində ölkədə 630 min xarici vətəndaş məskunlaşıb. 25 il ərzində (1990-2015) əhalinin sayı 57 milyondan artaraq 65 milyona çatıb. Bu temp davam edərsə 2026-cı ildə Britaniyanın əhalisinin sayı 70 milyona çatacaq. Bu artımın yarısını miqrantlar təşkil edir.

Jurnal qeyd edir ki, miqrasiya məktəblər, xəstəxanalar üzərində əlavə yük qoyub və mülkiyyət bazarını şişirdib: “Londonda mənzilin orta qiyməti orta aylıq əmək haqqını 12 dəfə üstələyir. Bunun əsas günahkarları  varlı miqrantlardır. Böyük Britaniyada doğulan 200 min insan isə hər il perspektivli gələcək əldə etmək üçün Avstraliya və ABŞ-a gedir”.

X.SƏFƏROĞLU