XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 June 2015 - 13:20

Selahattin Demirtaş: “ABŞ-la kürdlər taktiki baxımdan yaxınalşıblar”

demirtash.jpg

Türkiyədə keçirilən 7 iyun parlament seçkilərində 13 faiz səs almış HDP (Halkların Demokratik Partisi) lideri Selahattin Demirtaş Almaniyanın Die Zeit qəzetinə müsahibəsində maraqlı açıqlamalar verib.

S.Demirtaş AKP-CHP koalisiyasına müsbət baxdıqlarını, bu iki partiyanın quracağı hökumətin fəaliyyəti üçün konstruktiv müxalifət kimi çıxış etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, HDP-nin təmsil olunduğu hökumət kürd probleminin həlli baxımından daha yaxşı nəticələr əldə edə bilər. Lakin bunun üçün hələ şərtlər yoxdur. Demirtaş MHP-nin təmsil oluncağı hec bir ittifaqda yer almayacaqlarını bir daha bəyan edib.

Prezident Ərdoğanla bağlı sualı cavablandıran HDP lideri bildirib ki, 7 iyun seçkilərində əslində AKP lideri mğlubiyyətə uğrayıb: “Bir il öncə 52 faiz səs almış bir dövlət başçısı, bir il sonra 41 faiz səs aldı. Böyük risk etdi, özü seçki marafonuna qatıldı. Məncə istefa verməlidir. Seçki marafonuna qoşuldu və uduzdu. Amma bunu etməyəcəyini bilirik”.

HDP lideri Yaxın Şərqdə kürdlərin hansısa ortaq siyasət aparması ilə bağlı da danışıb. Bildirib ki, kürdlərin belə bir siyasət yürüdəcək gizli təşkialtı yoxdur. Suriyadakı kürdlər artıq meydandadırlar və bunu heç kim inkar edə bilməz. İraq kürdləri müstəqillik yolundadırlar: “Türkiyədə isə əks-mərkəzləşməni ehtiva edən bir idarəetmə forması istəyirik. Hər ölkə özünəuğyun forma tapmaldır”.

Demirtaş kürdlərlə ABŞ-ın yaxınlaşmasına da toxunub. Qeyd edib ki, bu, daha çox taktiki yaxınlaşmadır. Onlar arasında bir strateji, ideoloji müttəfiqlik yoxdur. Kürd hərakatı isə mahiyyət etibarı ilə anti-imperialistdir.

HDP lideri terror təşkilatı PKK-nin həbsdəki keçmiş lideri Abdulla öcalan üçün azadlıq tələblərindən geri çəkilməyəcəklərini də açıqlayıb.

Türkiyənin baş nazirlərindən İsmət İnönü, Turqut özalın milliyətcə kürd olduğunu xatırldaraq, özünün hökumət rəhbəri olmaq istəmədiyini bildirib.

Strateq.az