XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 14:26

Fəzail Ağamalı:“Ağlıma gəlməzdi ki, Eldar Mahmudov belə əməllərin sahibi ola bilər, hələ də inana bilmirəm”

 fezail

“Eldar Mahmudov və onun bandası çox böyük qanunsuzluqlara yol verib, törətdiikləri ciddi cinayət ortalıqdadır, hələ cəmiyyətə bəlli olmayan çoxsaylı cinayətlərin mövcudluğunu da kimsə danmır, istintaq gedir və hesab edirəm ki, irəlidə onların bir çox cinayətləri ifşa olunacaq. Ola bilməz ki, bütün bu cinayət işinin gedişində və yekunlaşmasında Eldar Mahmudov hansısa bir səviyyədə kənarda qalsın. Bu mümkün olmayan məsələdir. Çünki həmin bandanı formalaşdıran odur. Bütün bu proseslər onun rəhbərliyi altında aparılıb.

Strateq.az bidirir ki, bu barədə Milli Məclisin üzvü Fəzail Ağamalı moderator.az-a müsahibəsində deyib. Deputatın sözlərinə görə,  ya o özü bu cinayətkar komandaya rəhbərlik edib, ya da ondan xəbərsiz bütün bu dəhşətləri törədiblərsə də bunun özü də bir cinayətdir: “Hər iki halda Eldar Mahmudov məsuliyyət daşıyır və mən bir daha təkrar edirəm ki, o bizim hər birimiz üçün müqəddəs bir yer olan milli təhlükəsizlik sistemimizə çox böyük zərbə vurdu, onun imicini zədələdi. O bunu etməli deyildi, mən heç cür başa düşə bilmirəm ki, nə üçün o bunu edib. Ağlıma belə gəlməzdi ki, Eldar Mahmudov bu cür əməllərin sahibi ola bilər. Təbii ki, mənim kimi təəccüb içində olan xeyli insanlar var. Niyə və nə üçün bunu etdilər, hələ də inana bilmirəm. İnanın səmimiyyətimə, bu sualın cavabın tapa bilmirəm. Ona görə də mən tam əminəm ki, Eldar Mahmudov hökmən bütün bu əməllərə görə cavab verəcək.

Deputatın sözlərinə görə, o qanun qarşısında cavab verməlidir.