XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 14:57

YAP-çı deputat:“Azərbaycanlı deputatların AŞPA-da rüşvət verməsini subut etməlidirlər”

aydin-mirzezade-deputat

 

“İtaliya qəzetinin Azərbaycanla yazdığı yazı ilk olaraq fakt kimi qəbul edilə bilməz. Çünki həmən mətbu orqanı yazdığını yazını doğruluğunu sübut etməlidir.”

Bu fikirləri  Gununsesi.info-ya açıqlamasında YAP-çı millət  Aydın Mirzəzadə “İl Fatto” qəzetində Azərbaycanlı parlamentarilərin italyan parlamentarilərə rüşvət verməsi barədə yazılanlara ydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu gün  dünyada Azərbaycanın uğurlarına sevinən qüvvələrlə yanaşı, onun uğurlarnı qəbul etməyən anti-Azərbaycan qüvvələr də mövcuddur: “Çünki bu qüvvələr vaxtaşırı olaraq Azərbaycanın uğurlarına kölgə salmaq üçün böhtan və mənbəyi olmayan, mülahizələr əsaslanan yazıları mətbuat vasitəsi ilə yayırlar. Azərbaycanın uğurları onları rahat buraxmır. Ona görə də Azərbaycanın İtaliyadakı səfiri bu məsələni nəzarətə götürməli və qəzetdə gedən yazıların düzgün olub-olmaması faktını araşdırmalıdır. Əgər qəzet fakt təsdiq edə bilməyəcəyi təqdirdə Azərbaycandan üzr istəməli və ölkəmizin nüfuzuna xələl gətirdiyi üçün kompenssasiya ödəməlidir”, -deyə millət vəkili vurğulayıb.

O deyib ki, ödəniləcək kompenssasiya İtaliyadakı qocalar və kimsəsizlər evlərinə verilməlidir.

Qəzetdə yazılanların prokurorluğa istinadla yazılmasına diqqət çəksək də Aydın Mirzəzadə bu dəfə hədəfi ermənilərə yönəltdi: “Son dövrlərdə AŞ PA Azərbaycanla, xüsusən də işğal altnda olan torpaqlarımızla bağlı qətnamələr qəbul edir: “Bu isə anti-Azərbaycan qüvvələri narahat edir. Odur ki, belə yazların başında çox vaxt ermənilər dayanır. Onlar xarici media qurumlarında  Azərbaycana qarşı yalan və böhtana əsaslanan yazılar yerləşdirirlər.”

A.Mirzəzadə onu da əlavə etdi ki, problem təkcə anti-Azərbaycan qüvvələrin yerləşdirdiyi qərəzli yazılardan getmir, bu yazıları öz qəzetlərində tirajlayan Azərbaycan mediasının da üzərinə məsuliyyət düşür: “İqtidar müxalifət mövqeyindən asılı olmayaraq istənilən mətbu orqanı Azərbaycanın təssübünü çəkməlidir. Bu gün Azərbaycanla bağlı böhtan yazını öz mətbu orqanın paylaşmaqla  kimin dəyirmanına su tökür, kimin sifarişini yerinə yetirir kimi sualları ortaya çıxarır.”

Qeyd edək ki, “”Azadlıq.info” İtaliyann “İl Fatto” mətbu orqanına istinadən italyan parlementarilərin 2 milyon 390 min avro rüşvət alaraq AŞPA-da Azərbaycan xeyrinə səs verməsindən gedir. Qeyd olunub ki, 2013- cü il, yanvar ayının 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etmədi. Prokurorların ittihamına görə, bu qərar o zamanlar İtaliya deputat heyətinin nümayəndəsi kimi Parlament Assambleyasının sədr müavini olan Luka Volontenin “xarici dövlətin siyasi maraqlarını qorumaq” məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib.
Bundan əlavə, prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı “Baktelekom” MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın Polux Management LP və Estoniyanın Danske Bankı iştirak edib.
Luka Volonteyə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.”