XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 18:37

“Kremlin özünü daha çox naza qoyması özünə ziyanlıdı” –Ekspertdən Ərdoğanın üzrxahlıq məktubuna reaksiya

elxan-sahinoglu-esas

"27 iyun Türkiyə xarici siyasətində önəmli yerə malik olacaq".

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Türkiyə-İsrail münasibətlərinin normallaşmasını saxlayan sənəd qəbul edilib ki, əslində, əvvəldən belə bir gərginliyə ehtiyac olmayıb:

"Hər iki tərəfin əsəbi addımları uzun onilliklərin strateji tərəfdaşlığına son quymuşdu.

İkincisi, eyni gündə Ankara Rusiya iqtiqamətində də vacib həmlə həyata keçirdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan faktiki vurulan təyyarərə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istədi, öldürülən pilotun ailəsinə başsağlığı verdi. Sonrakı mərhələdə Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəcəyəyi də mümkündür".

Ekspert bildirib ki, top yenə Rusiyanın meydanındadır:

"Kremlin özünü daha çox naza qoyması özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb. Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır".