XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 19:01

Deputatdan dollar krediti ilə bağlı xəbər:“Nəzarət Palatası bu istiqamətdə işləyir, nəticəsini gözləyək”

fezail

“Kreditlərlə bağlı banklar Azərbaycan vətəndaşlarının, xüsusən də onun aztəminatlı təbəqəsinin maraqları nəzərə almalıdır. Mənə qalsa, banklar əhaliyə ucdantutma istehlak kreditlərini verməklə böyük bir soyğunçuluqla məşğul olub. 30 faizə qədər istehlak krediti verməklə Azərbaycan xalqının əksəriyyətinin ehtiyaclarının üzərində böyük para qazanıblar. Mən bunu Allahsızlıq kimi qəbul edirəm”.

Strateq.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı moderator.az-a müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, bu azmış kimi təkcə yüksək faizlə deyil, həm də əhalinin iqtisadi biliklərinin azlığından sui-istifadə ediblər: “Onları aldadaraq kreditləri dollarla verib elə bankdaca manata çevirib verməklə müştərilərini ikiqat ağır və məşəqqətli vəziyyətə saldılar. Ona görə də bu bəla bu günə qədər də öz həllini tapa bilmir. Əslində banklar özlərini də çox çətin vəziyyətə salıblar. Yəni bank rəhbərləri öz tamahları ucbatından həm vətəndaşları pis duruma saldılar, həm özlərini”. 

F.Ağamalı deyib ki, ölkə miqyasında bu problem var və dəfələrlə Milli Məclisdə bununla bağlı məsələ qaldırıb: “Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə işləyir və nəticəsini gözləyək görək nə olur”.