XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 10:19

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi:"Əziz qardaşım..."

İlham-Eliyev-mushavire-4

Prezident İlham Əliyev dünən İstanbulda baş vermiş qanlı teraktla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"