“Dağlıq Qarabağ münaqişəsi özündə hər an alovlanma potensialı daşıyır”.
Strateq.az bildirir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer Berlində Cənubi Qafqaz ölkələrinə yola düşərkən bildirib:
“Almaniyanın ATƏT-də sədrliyi dönəmində biz bu təhlükənin söndürülməsi üçün cavabdehlik daşıyırıq. Bunun üçün biz atəşkəs, tərəflər arasında etimad tədbirləri və danışıqların tezliklə başlanması üçün vasitəçilik edirik”.
Qeyd edək ki, bu gün Ştaynmayerin Cənubi Qafqaz ölkələrinə səfəri başlanır.