XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 14:23

Atası bilinməyən, dünya şöhrətli nəhəng siyasətçi… – Primakov öldü

Rusiya və dünya siyasətində özünəməxsus yeri olan siyasətçi Yevgeni Primakov iyunun 26-da vəfat edib.
Bəs, Primakov kim idi?
Yevgeni Primakov 1929-cu il oktyabr ayının 29-da Kiyevdə anadan olub. Atasının kimliyi barədə rəsmi məlumat demək olar ki, yoxdur. Qeyri-rəsmi məlumatlara görə, atası oğlu doğulandan üç ay sonra həbs edilib və güllənənib. Anası Kirshenblat Anna (1896-1972) mama-ginekoloq vəzifəsində çalışıb.
Yevgeni doğulandan dərhal sonra köməksiz qalmış qadın ailəsinin yaşadığı Tiflisə dönüb. Yevgeni uşaqlıq və yeniyetməlik illərini bu şəhərdə keçirib. Marneulidə bir müddət oxuduqdan sonra o, 1944-cü ildə Bakıda hərbi-dənizçilik məhkəbinə daxil olub. 1948-ci ildə o yenidən Tiflisə qayıdır və burada kişilər üçün xüsusi məktəbi bitirir. Orta təhsil illərində tarixə, ədəbiyyata və riyaziyyata ciiddi maraq göstərir. Moskvaya gedən Yevgeni burada Moskva Dövlət Universitetinin iqtisadiyat fakültəsini daxil olur və 1956-cı ildə Moskva Şərqşünaslıq İnstitutunun ərəb şöbəsini bitirir.
O, ərəb və ingilis dili ilə yanaşı gürcü dilində də mükəmməl danışırmış. 1951-ci ildə Primakov Gürcüstan Politexnik İnstitutunun tələbəsi Laura Khadze ilə ailə həyatı qurub. (1930-1987). Lauranı da NKVD-nin ümumi şöbəsinin rəisi işləyən general Qvişvili qızlığa götürmüşdü.
İlk əmək fəaliyyətinə o jurnalist kimi başlayır. 1953-1962-ci illərdə SSRİ Radio və Televiziyasının xarici ölkələrdə yayım müdirliyində redaktor işləyib.
1962-1965-ci illərdə beynəlxalq məsələrə dair “Pravda” qəzetində yazdığı məqalələrlə tanınıb, 1965-1970-ci – Yaxın Şərqdə “Pravda” nın müxbiri olub.
1970-1977- ci illərdə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini, Şərqşünaslıq İnstitutunun direktoru işləyib. 1985-1989-cu illərdə isə SSRİ-nin Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru vəzifəsində çalışıb.
1989-1991-ci illərdə Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub. 1989-1990-cı illərdə SSRİ Ali Sovetinin sədri işləyib.1990-cı ildə o, Prezident Şurasının üzvü kimi xarici siyasət məsələlərini kurasiya edib.
1991-ci ildə SSRİ DTK-nın birinci müavini,sonra isə Mərkəzi Kəşfiyyat Xidmətinin direktoru olub. 1991-ci ildən1996-cı ilədək Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktor olub. Tutduğu yüksək vəzifələrə baxmayaraq o, general rütbəsi almaqdan imtina edib.
Kəşfiyyatçı fəaliyyətini başa vurduqdan sonra 1996-cı ilin yanvarında o, Rusiya Federasiyasının xarici işlər naziri təyin edilir və 1998-ci ilin sentyabr ayınadək bu posta çalışır. Primakov nazir kimi Rusiya xarici siyasətinin çoxvektorlu inkişafı üçün ciddi səylər göstərib. Onun rəhbərlik etdiyi dövrdə Rusiya Şərq və Qərb ölkələri ilə əməkdaşlığı inkişaf etdirib, düşünülmüş xarici siyasət aparıb.
1998-ci ilin 23 avqustunda Rusiya prezidenti Boris Yeltsin Sergey Kiriyenkonun başçılıq etdiyi Nazirlər Kabinetini istefaya göndərdi. Prezidentin təklifi ilə Rusiya tarixində ilk dəfə baş nazir Dövlət Dumasından etimad aldı. Bu isə Yevgeni Primakova qismət oldu. 1998-ci ilin sentyabrında rəsmən baş nazir kürsüsünə oturan Primakov bu vəzifədə 1999-cu ilin mayınadək işlədi.
1999-cu ilin 24 martında baş vermiş bir hadisə Primakovun tərcümeyi-halına həmişəlik düşüb. Baş nazir kimi ABŞ-a rəsmi səfərə yollanan Primakov Atlantik okeanı üzərində vitse-prezident Albert Qordan Yuqoslaviyanın bombalanması barədə xəbəri eşidir. Primakov səfəri ləğv etdiyini deyir və polotlara təyyarəni okean üzərindən geri qaytarmaq əmri verir və Moskvaya qayıdır…
May ayındakı istefasından sonra həmin ilin avqustunda o, “Vətən-Bütün Rusiya” blokunu yaradır. Yuri Lujkov və Vladimir Yakovlevin də olduğu blokun siyahısına başçılıq edir.
Beləliklə, üçüncü çağırış Dövlət Dumasına deputat seçilir. 1999-cu ildə Primakov 2000-ci ildə keçiriləcək Rusiya prezidenti postu uğrunda seçkilərə qatılacağını deyir. Amma 2000-ci ilin fevralında o seçkilərdə iştirak etməkdən imtina edir.
2001-ci ilin sentyabrında o, Dövlət Dumasında rəhbərlik etdiyi fraksiyasının sədri posundan istefa verib. 2001-ci il Rusiya Federasiyası Ticarət və Sənaye Palatasına rəhbərlyə başlayıb və uzun müddət bu quruma rəhbərlik edib.
İqtisadiyyat doktoru, professordur. 1991-ci ildən Rusiya Elmlər Akademiyasının akademiki seçilib. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu, ” Şərəf nişanı ” ordenlərilə təltif edilib. Şərqşünaslqla bağlı bir neçə kitabın müəllifidir.
Primakovun oğlu Aleksandr çox cavan-1981-ci ildə qəfil ürək tutmasından vəfat edib. Aleksandrın oğlu hazırda “Rossiya-24” kanalında çalışır. Nana adlı qızından da Primakovun iki nəvəsi var.
Yevgeni Primakov Rusiyanı Ukraynanın cənub-şərqini bu ölkənin ərazisisi kimi tanımağa çağırırdı. O, rus qoşunlarının Ukraynanın şərqinə müdaxiləsini də qəbuledilməz adlandırırdı. O, rəsmi Kremlin Abxaziya və Cənubi Osetiya respublikalarının “müstəqilliyinin” rəsmi tanınmasını da tarixi səhv adlandırırdı.
Londonda müəmmalı şəkildə ölən rusiyalı oliqarx Boris Berezovski 2009-cu ildə «Azadlıq» radiosuna müsahibəsində Primakovun Qarbağ məsələsində tutduğu mövqe ilə bağlı açıqlama vermişdi. Vaxtilə MDB-nin icraçı katibi işləmiş və Qarabağ danışıqlarından yaxşı məlumatlı olan Berezovski demişdi ki, Rusiya danışıqlarda destruktiv rol oynayırdı: “Bu, Primakovun davranışı və Yeltsinə yazdığı məruzələrdən hiss olunurdu. Onların siyasəti münaqişə ocaqlarını yaradıb, tərəfləri istismar etməkdir”.
“Yeni Müsavat”