XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 12:24

XİN:“ATƏT sədri Bako Saakyanla erməni icmasının nümayəndəsi kimi görüşüb”

xin foto

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşünü şərh edib.

 H. Hacıyev APA-ya bildirib ki, Ştaynmayerin Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır.

Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq.