XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyul 2016 - 11:31

QDİƏT-in son iclasında nələr müzakirə olunub? –Deputatdan açıqlama (FOTO)

eflatun-musa-urud

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının Moskvada keçirilən 47-ci plenar iclası öz işini yekunlaşdırıb.

Strateq.az xəbər verir ki, bu barədə açıqlama verən deputat Əflatun Amaşovun sözlərinə görə, iclasın son günündə təşkilatın ayrı-ayrı qurumlarının hesabatları dinlənilib və qəbul edilib:

"Toplantıda vurğulanan məsələlərdən biri də bu oldu ki, 12 ölkəni birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik və inkişafa yönəlik fəaliyyətini gücləndirilməlidir. Mövcud xüsusda qaçqınlarla əlaqədar problemlərə hüquqi, mədəni və sosial aspektdə yanaşılmasının zəruriliyi önə çəkildi".

Deputatın söözlərinə görə, iclasda Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Parlament Assambleyası Türkiyədə baş vermiş terror aktını pisləyən qətnamə qəbul edib:

"Azərbaycan nümayəndə heyətinin fəal dəstəyi ilə irəli sürülən növbəti təklif isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərən Parlament Assambleyasının ayrıca qurum kimi formalaşdırılması ilə bağlı oldu. Məsələnin reallaşması üçün müvafiq prosedur fəaliyyətin həyata keçirilməsi və üzv təşkilatların rəylərinin nəticələrinə əsasən yekun qərarın verilməsinə dair razılığa gəlindi".

Sonda Ə.Amaşov bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Rusiyadan Serbiyaya keçib və assambleyanın növbəti toplantısı bu il noyabrın sonunda Belqradda olacaq.