XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2016 - 00:21

Qubad İbadoğlu əlaqələndirici seçildi –Koalisiya bəyanat yaydı

qubad-3

İqtisadçı Qubad İbadoğlu ictimai birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyasının əlaqələndiricisi seçilib. Qərar koalisiyanın 157-ci iclasında qəbul olunub.

"Turan"ın xəbərinə görə, əlaqələndirici postuna Sahibkarlığın İnkişafına və Azad İqtisadiyyata Yardım Fondunun rəhbəri Sabit Bağırov da namizəd olub. Ancaq üzvlər Q.İbadoğlunu seçiblər.

İclasın sonunda koalisiya adından bəyanat yayılıb.

Bəyanatda qeyd olunur ki, koalisiyanın yeni seçilmiş Şurası öz fəaliyyətini Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MSŞT) çərçivəsində quracaq, siyasi hakimiyyətdən və müxalifətdən eyni məsafədə dayanacaq.

Toplanıtda həmçinin, Qubad İbadoğlunun "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (EİTİ) beynəlxalq idarə heyətinin iyunun əvvəlində Osloda keçirilmiş iclasının yekunları haqqında məlumatı dinlənilib.

Onun bilgilərinə görə, idarə heyəti EİTİ üzvü olan 15 ölkədə, o cümlədən Azərbaycanda qiymətləndirmə aparılması haqqında qərar qəbul edib. Bununla əlaqədar iyulun 4-də EİTİ beynəlxalq katibliyinin rəsmi missiyası Bakıya gəlməlidir.

İdarə heyətinin növbəti iclası oktyabrın 25-i və 26-da Astanada keçiriləcək. Həmin iclasda ölkələrdəki qiymətləndirmələrin yekunları üzrə hesabatlar müzakirə olunmalıdır.

2015-ci ilin aprelində vətəndaş cəmiyyəti institutlarına təzyiqlə əlaqədar Azərbaycanın EİTİ-dəki statusu üzvlükdən namizəd ölkəyə endirilib.

İclasda bununla əlaqədar, vəziyyətin düzəldilməsi üzrə plan qəbul edilib. EİTİ beynəlxalq katibliyinin missiya üzvləri qarşıda duran səfər çərçivəsində iyulun 7-də QHT Koalisiyasının Şurası ilə sözügedən planın həyata keçirilməsi məsələsini müzakirə etməlidir.