XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

03 İyul 2016 - 23:00

Mixail Qorbaçov:“Mən xalqın öz iradəsini nümayiş etməsi əleyhinə çıxa bilmərəm”

qorbacov

“Rusiya və Avropa Birliyi Brexit referendumundan sonra əməkdaşlığı davam etdirməli və yaxınlaşmaya mane olan problemlərin həlli üçün sona qədər getməlidir”.

Strateq.az bildirir ki, bu barədə SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov RİA-ya müsahibəsində deyib.  

“Bilirsiniz, əgər məsuliyyətlə, bütün mexanizmləri tətbiq etməklə ciddi məsələ qaldırıb bu barədə ciddi qərar qəbul edirlərsə o zaman mən xalqın öz iradəsini nümayiş etməsi əleyhinə çıxa bilmərəm”, – deyə M.Qorbaçov Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq yolu ilə sona qədər gedib qarşılıqlı maraqları nəzərə alaraq problemi həll etmək lazımdır.