XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 05:00

Patriarx Kiril:“Biz Ermənistanı həmişə rus dövlətinin bir parçası hesab etmişik”

“Biz Ermənistan dövləti yaranandan bəri hətta pravoslavlığa etiqad etməyən bu xalqı qoruyuruq”.

Strateq.az xəbər verir ki,, bu açıqlama ilə Moskva və Bütün Rusiyanın patriarxı Kiril çıxış edib.

Onun sözlərinə görə, Ermənistan hər zaman Rusiya dövlətinin bir hissəsi hesab edilib:

“Biz Ermənistanı həmişə rus dövlətinin bir parçası hesab etmişik və azsaylı erməni katoliklərini də göz bəbəyi kimi qorumuşuq. Belə çətin coğrafiyada onlar Rusiyasız heç vaxt mövcud ola bilməzdilər. İndi fikir verin, hər şey necə tez dəyişir və yaxşılıqlar unudulur. Belə çıxır ki, biz erməniləri işlədib onlara indi sahib olduqları heç nəyi verməmişik. Onlar Osmanlı imperiyasından əziyyət çəkəndə katolik dünyası onları heç yadlarına da salmırdı. İndi ermənilər bir zaman onları taleləri ilə üz-üzə qoyan ölkələrin havasına oynayırlar. Erməni xalqına sülh arzulayıram, amma onlar bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onlar bu dünyada mövcud ola bilməzlər”.