XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2016 - 14:09

“Mən, əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam” –Azay Quliyev

azay-depu

Tiflisdə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası çərçivəsində bu gün Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitənin sonuncu iclası olub.

Strateq.az xəbər verir ki, ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda vida çıxışı edib. 

Millət vəkili bu önəmli Komitədə sədr müavini kimi tutduğu vəzifədə sonuncu iclası olduğu üçün hamıya səlahiyyət müddəti ərzində göstərdiyi dəstəyə və anlayışa görə səmimi minnətdarlığını bildirib:

“Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü örnək olmuşdur. Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq tərəfdar olaraq qalacağam. Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində hamınızla işləməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilib. 2014, 2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib.