XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

04 İyul 2016 - 17:46

Putinin hərbi bloku Yerevanda Qarabağla bağlıbəyanat qəbul etdi - MƏTN

ktmt yerevan

Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı Ermənistanda keçirdiyi iclasında Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib.

Strateq.az bildirir ki, bu barədə iclasın yekunlarına həsr olunmuş brifinqdə xarici işlər naziri Edvard Nalbandyan məlumat verib. O həmçinin bildirib ki, KTMT üzvü olan ölkələrin xarici işlər nazirlərinin bu toplanıtısında qurumun 2025-ci il üçün strategiyası diqqət mərkəzində olub.  

Öz növbəsində KTMT-nin baş katibi Nikolay Bordyuja vurğulayıb ki, terrora qarşı mübarizə təşkilatın əsas hədəfindədir. O deyib ki, iclasda beynəlxalq təhlükəsizliklə bağlı aktual məsələlər müzkairə olunub.

 

****

“Biz münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin sabitləşməsi ilə bağlı  Vyana və Sankt Peterburq sammitində əldə edilmiş razılaşmalarını dəstəkləyrik”.

Strateq.az bildirir ki, bu sözlər KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin bu gün Ermənistanda qəbul etdikləri Qarabağ münaqişəsi ilə  bağlı bəyanatında deyilir. Sənəddə üzv ölkələrin xarici işlər naziri bildirirlər ki, Dağlıq Qarabağ münqaişəsinin istisnasız olaraq sülh yolu ilə həlli vacibdir.

“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları əsasında həll olunmasını istəyir və  problemin güc tətbiq olunmadan, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipi əsasında tənzimlənməsini dəstəkləyirik. Bu sahədə ATƏT-in Minsk Qrupunun səylərini müdafiə edirik”.