XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 16:12

Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşü üçün məsləhətləşmə gedir –Fransa XİN

ilham olland

"Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyronun da qeyd etdiyi kimi, Fransa Dağlıq Qarabağ üzrə görüş təşkil etməyə hazırdır".

 Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili ilə bağlı APA-nın Avropa müxbirinin sorğusuna cavab olaraq bildirilib.

 XİN-dən qeyd ediblər ki, görüşün formatı, yeri və tarixinin təyin edilməsinə dair Minsk qrupunun üç həmsədri ilə Azərbaycan və Ermənistan hökumətləri arasında məsləhətləşmələr davam etdirilir.