XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 09:49

VHP-çi gənclər sədr seçkisinə getdi – Yeni sədr bəlli oldu

konf-1-vhp.jpg

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının XI konfransı keçirilib. Konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak ediblər.

Strateq.az xəbər verir ki, konfransda təşkilatın sədrliyinə namizədlər Amal Nəzərli, İnqilab Quliyev, Eldar Hacıyev və Turan Mirzə öz seçki platformalarını elan edib, konfrans iştirakçılarının suallarını cavablandırdılar.

Sonda gizli səsvermə keçirilib və Amal Nəzərli VHP Gənclər Təşkilatının sədri, 11 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.