XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 İyul 2016 - 11:37

Toni Bleyer İraqa müdaxiləyə görə üzr istədi:“Səddam Hüseynin dövranı başa çatmışdı”

bleyer

"Belə təsəvvür edirəm ki, dünya Səddam Hüseyn olmadan daha yaxşı bir dünya oldu"

Strateq.az bildirir ki, bu sözləri İngiltərənin sabiq baş naziri Toni Bleyer 2003-cü ildə İraqın işğal edilməsi ilə bağlı araşdırmalar aparan faktaraşdırıcı komitənin hesabatına münasibət bildirərkən deyib.

Toni Bleyer  İraq müharibəsinin yanlış informasiyalar əsasında baş tutduğunu etiraf edib və deyib ki, bu qərarın bütün məsuliyyətini qəbul edir. Sabiq baş nazir  İraq müharibəsində minlərlə insanın ölməsinə görə təəssüfləndiyini də iddia edib.

Bleyer  bildirib ki, Səddam Hüseyn hakimiyyətdə qalacağı təqdirdə dünya və İngiltərə üçün mənfi nəticələrinin daha ağır olacaqdı.

Sabiq baş nazir daha sonra xalqdan üzr istəyib. O vurğulayıb ki, ölkə üçün "son anda"  əhəmiyyəti olan bir məsələ barəsində qərar qəbul edib.

Bleyer İraq müharibəsi ilə bağlı ehtiyatlı davrandığını və İraq müharibəsindən öncə bu barədə ABŞ prezidenti Corc Buşu da məlumatlandırdığını deyib: “Amma, Səddamın dövranı başa çatmışdı və artıq müzakirə aparmağın mənası yox idi. O zaman London Vaşinqtonun əsas müttəfiqi olduğu üçün İngiltərə üçün başqa bir seçim qalmamışdı”.