XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 14:25

Avropa Məhkəməsi Azərbaycan hökumətinin şikayətinə baxmaqdanimtina edib

Avropa Parlamenti

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə qərara etiraz etmək istəyən Azərbaycan hökumətinin şikayətini qəbul etməkdən imtina edib.

Böyük Palatanın qərarı iyulun 5-də qurumun saytında dərc olunub. (Turan) Beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsinin Cəfərovun işi üzrə qərarı qüvvəyə minəcək.

Xatırladaq ki, martın 17-də AİHM Rəsul Cəfərovun Avropa İnsan Hüquqları Konvensiyasının 5.1, 5.3 və 5.4-cü (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu etiraf edib. Xüsusən, Strasburq Məhkəməsi Cəfərovun qanunsuz həbs edildiyini, səmərəli müddət ərzində məhkəmə təhqiqatı, məhkəmədən öncə azadlığa buraxılma və məhkəmənin qanuniliyi hüquqlarının pozulduğunu etiraf edib.

Məhkəmə həmçinin Cəfərovun 18-ci (hüquqların Konvensiyada nəzərdə tutulduğundan çox məhdudlaşdırılmasının yolverilməzliyi) maddəsi üzrə hüquqlarının pozulduğunu etiraf edib ki, bu da Cəfərovun işində siyasi motivlər olduğunun etiraf olunmasıdır.

AİHM Cəfərova 25 min avro ölçüsündə təzminat və məhkəmə xərclərinin ödənilməsi üçün 7448 avro ödənilməsi barədə qərar qəbul edib. Məhkəmə həmçinin Azərbaycan məhkəmələrinin qərarlarının ləğv edilməsi və Cəfərovun işinə yenidən baxılması haqqında qərar qəbul edib. 

Maraqlıdır ki, AİHM-nin qərarı elan edildiyi gün Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən əvf olunub. Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi onu mənimsəmə, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərini aşma və s. ittihamlarla 6,5 il müddətinə azadlıqdan məhrum edib.