XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 16:27

Putinin xüsusi nümayəndəsi:“Mənim gəlinim yarı-erməni, yarı-azərbaycanlıdır”

svitko

“Erməni- azərbaycanlı münaqişəsi birbaşa mənim ailəmə toxunur”.

Strateq.az bildirir ki, bu sözləri Ermənistanda olan Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib: “Mənim gəlinim yarı erməni, yarı azərbaycanlıdır. Odur ki, həmişə nəsə baş verəndə bu, bizim ailə üzvlərimizin ürəyini dəlib keçir”.

Şvıdkoy deyib ki, hər iki ölkənin elitası pauza götürüb nə baş verdiyini, nələrin olacağını düşünməlidir: “Mənə gəlincə, mövqeyim belədir: heç bir ideya, heç bir ərazi iddiaları, ümumiyyətlə heç nə erməni və azərbaycanlı uşağın bir qətrə qanına belə dəymir. Qan tökülməsini tələb edən ideyaların heç bir dəyəri yoxdur. Kompromis axtarmaq lazımdır. Çünki uşaqlar doğulur və onlar müharibəyə getməməlidirlər. Əgər mənim nəslim bu münaqişəni gələcək nəsillərə saxlasa, çox pis nəsil olarıq”.