"Biz ABŞ Dövlət katibi ilə ölkənin müdafiə qabiliyyəti və Gürcüstanın demokratik gələcəyi ilə bağlı danışıqlar aparmışıq".
Bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının sədri David Bakradze söyləyib.
Onun sözlərinə görə, ölkənin müdafiə qabiliyyəti istiqamətində ABŞ Gürcüstanın əsas zəmanətçisidir:
“Biz Kerri ilə həmçinin ölkədəki gələcək seçkilər barədə də danışdıq. Amerikalıların mesajı tam aydın idi. Onlar ölkədə azad seçkilərin keçirilməsini istəyirlər”.
Qeyd edək ki, Kerrinin Tiflis səfəri bu gün başa çatıb.
Axar.az