XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 04:39

Sərdar Cəlaloğlu: “Azərbaycan iqtidarı mütləq bunu etməlidir”

Sərdar Cəlaloğlu: “Seçkilər ölkə gündəmində əsas yer tutacaq”

“Qarşıdan gələn seçkilər Azərbaycan üçün ciddi bir test, sınaq olacaq”

Azərbaycanın gündəminə oturmuş və parlament seçkiləri kimi mühüm hadisəni belə kölgədə qoymuş Bakı 2015 Avropa Oyunları artıq başa çatdı. Ekspertlərin fikrincə, bundan sonra bütün hədəflər 1 noyabrda keçiriləcək parlament seçkilərinə yönələcək, ölkə gündəminə seçkilər mövzusu daxil olacaq. Eyni zamanda bildirilir ki, bunun üçün iqtidarın atacağı addımlar da əsas rol oynayacaq.

Bu mövzuda “Yeni Müsavat”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, təbii olaraq son bir ayda bütün diqqət Avropa Oyunlarına yönəlmişdi. çünki Azərbaycan kimi kiçik bir dövlətin belə bir nəhəng tədbiri keçirməsi çox ciddi məsuliyyətli bir iş idi: “Bir-iki turistin təsadüfi qəzaya düşməsini nəzərə almasaq çox şükür ki, sarsıntılar, kataklizmlər olmadan Avropa Oyunları keçdi. Bunun özü dövlətimizin gücünü nümayiş etdirir ki, belə nəhəng tədbirləri təhlükəsiz keçirdə bildi. Onu da deyim ki, ölkəni tamamilə belə tədbirlərə indeks eləmək tamamilə yanlışdır. çünki ölkə özünün normal həyatını yaşamalıdır. Bu cür tədbirlər də sadəcə paralel bir proses kimi getməlidir. Təcrübəsizlik və ilk addım olduğu üçün Azərbaycan bütövlükdə buna indeksləndi.
Yəqin ki, artıq ölkədə yaxınlaşmaqda olan parlament seçkiləri gündəmə tədricən oturacaq. İndi siyasi gündəmin əsas məsələsi 1 noyabrda keçiriləcək parlament seçkiləri olmalıdır. Biz Avropa Oyunları ərəfəsində Qərbin, Avropanın rəsmi və qeyri-rəsmi institutlarının Azərbaycanla bağlı çox kəskin, net mövqeyinin ortalığa çıxmasının şahidi olduq. Azərbaycan bundan sonra da Qərbə inteqrasiya etmək istəyirsə, mütləq deyilən iradları aradan qaldırmalıdır. Bir ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edə bilirsə, Avropa dəyərlərini də öz daxilində bərqərar etməlidir və istəsə edə bilər. Birinci növbədə Azərbaycanda siyasi məhbus problemi həll olunmalıdır, demokratik seçkilər keçirilməlidir. Nəhəng pullar qoyub Avropa Oyunları keçirib sonra da Avropa ilə konfrantasiyaya getmək bu oyunlardan əldə edilən dividentlərin heçə getməsi olardı”.
ADP sədrinin sözlərinə görə, Avropa institutlarının, Avropanın iri dövlətlərinin iradlarını, bəhanələrini əllərindən almağın ən yaxşı yolu siyasi məhbusları azad etmək, parlament seçkilərini ədalətli keçirməyə nail olmaqdır: “Azərbaycan iqtidarı mütləq bunu etməlidir. Bunu etsə mövqelərimiz güclənəcək. Qarşıdan gələn seçkilər Azərbaycan üçün ciddi bir test, sınaq olacaq. Azərbaycan bu testdən necə çıxacaq, bu, hakimiyyətdən çox asılıdır. Azərbaycan həmişəki kursu davam etdirəcəksə, bundan sonrakı bütün proseslər, keçiriləcək növbəti yarışlar, beynəlxalq tədbirlər Azərbaycanın əleyhinə işləyəcək”.