XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 17:00

İlham Əliyevin NATO-nun sammitində iştirakı… –ABŞ-ın sabiq səfirindən reaksiya

metyu-brayza

"Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir".

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır.

M.Brayza qeyd edib ki, Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir:

"Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır".

Trend