XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 06:29

Alya Yaqubluya Müsavat Partiyasında yeni vəzifə verildi

Картинки по запросу alya yaqublu

Müsavat Partiyası MNTK-sının təqdimatı əsasında partiya divanının 14 iyun 2015-ci il tarixli qərarı ilə Müsavatçı Qadınlar Birliyinin seçkili qurumları buraxılıb.

Partiyadan Strateq.az-a daxil olan məlumata görə, divanda birliyin növbədənkənar I
V ümumi yığıncağının hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb. 29 iyun 2015-ci il tarixdə TK-nin ilk iclası keçirilib.

Divan üzvü, Nailə (Alya) Yaqublu Təşkilat Komitəsinin sədri, Məclis üzvü Könül Alıyeva isə sədr müavini seçilib. Komitə üzvləri arasında iş bölgüsü aparılıb. ümumi yığıncağın 18 iyul 2015-ci il tarixdə keçirilməsi qərara alınıb.

Birliyin sədrliyinə, NTK və sərbəst şura üzvlüyünə namizədlərin irəli sürülməsi üçün 30 iyun saat 12:00-dan 13 iyul saat 13:00-a kimi vaxt müəyyən edilib. Ərizələrin partiyanın təşkilat şöbəsinə təqdim edilməsi nəzərdə tutulub.