XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 09:22

“Hərə öz işi ilə məşğul olarsa…” – Adil Əliyevdən reaksiya
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Arievin Azadlıq Radiosunun “Настоящее время” televiziyasına Azərbaycanla bağlı verdiyi müsahibə deputat Adil Əliyevdən sərt reaksiya ilə qarşılanıb.
Strateq.az xəbər verir ki, deputat Adil Əliyev “Facebook”da həmin müsahibəni məsuliyyətsiz və təxribatçı xarakterli hesab edib:
“Bu müsahibə dediyim kimi, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil. Hərə öz işi ilə məşğul olarsa, ölkəsinə daha çox fayda verə bilər. Təəssüf ki, bunu Ariev kimi insanlar başa düşmək istəmirlər. Azərbaycan öz yolu ilə gedir. Bu, sabitlik və sülh, güclü iqtisadiyyat yoludur. ölkəmizin siyasi strateji xətti kimləri narahat edirsə, bu, onların öz işidir və bizi maraqlandırmır. Onlar dərk etməlidirlər ki, Azərbaycanı hansısa təxtibatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər. çünki, 7 il bundan öncə Gürcüstanın, hazırda isə Ukraynanın düşdüyü vəziyyəti görürük. Siyasətçilər real nəticələrə hesablanıb danışmalıdırlar”.
Strateq.az