XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 10:23

Zərdüşt Əlizadə:“ABŞ və Rusiya Qarabağ münaqişəsinin davam etməsində həmrəydirlər”

zerdust-1

 “ABŞ və Rusiya imperialist dövlətdir və kiçik xalqların bir-biri ilə vuruşmasını dəstəkləyir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi bu iki ölkənin xarici siyasətlərindəki hədəflərinə tam olaraq uyğundur”.

Strateq.az bildirir ki, bu sözləri “dəyərlər.org”a açıqlamasında politoloq Zərdüşt Əlizadə  Qarabağ münaqişəsinin həlli la bağlı aparılan son beynəlxalq səyləri şərh edərkən bildirib.  

Z. Əlizadənin sözlərinə görə, amma bununla yanaşı, bu iki ölkə arasında rəqabət də var: “Məsələn, Suriyada Rusiya və ABŞ həm əməkdaşlıq edirlər, həm ərəbləri bir-biri ilə vuruşdururlar, həm də həmin bölgəni kimin nəzarətində qalacağına dair rəqabət edirlər. Eyni ilə də Dağlıq Qarabağ məsələsində Rusiya da, ABŞ da Ermənistanı tarixən müdafiə edib. Çünki, Ermənistan hökuməti bu regionda tam pozucu, dağıdıcı bir fəaliyyətlə məşğuldurlar. Bu da bu güc mərkəzlərinin məqsədlərinə cavab verir. Əlbəttə ABŞ və Rusiya münaqişənin mövcudluğunda, qalmasında maraqlıdırlar və həmrəydirlər”.

Politoloqun fikrincə,  bu münaqişənin idarə edilməsində və münaqişədən xeyir götürülməyində ABŞ və Rusiya rəqibdirlər. Z. Əlizadənin sözlərinə görə, ümumi olaraq Dağlıq Qarabağla bağlı ABŞ və Rusiyanın ortaq nöqtəsi münaqişənin qalması, bölgədə nəzarətin əldən verilməməsidir: “Amma ziddiyyət isə bu bölgəyə nəzarətin kimin əlində olması ilə bağlıdır”.