XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

30 İyun 2015 - 20:10

“Bu biabırçılığa son qoyulmalıdır” – Əli Kərimlidən etiraz

AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində rayon maşınlarının Bakıya girişinə qadağanın saxlanılmasına etirazını bildirib.

Strateq.az AXCP sədrinin həmin etiraz statusunu təqdim edir:

“Avropa Oyunları bitdikdən sonra da, rayon maşınlarının Bakıya girişinə qadağanın saxlanılması açıq diskriminasiyadır, milyonlarla insanın hüququnun pozulmasıdır. Bu, rayon əhalisinə qarşı açıq-aşkar ayrı-seçkilikdir. Bakıda tıxacların olmamasını hamımız istəyirik. Onun da fərqindəyik ki, son 20 il ərzində şəhərdə küçələr genişləndirilsəydi, normal ictimai nəqliyyat və dayanacaqlar şəbəkəsi qurulsaydı, indiki tıxac problemi olmazdı. Tıxac problemini həll etmək əvəzinə Bakını milyonlarla insanın üzünə bağlamaq biabırçılıqdır. Hökumət və parlamentlərin xalqın səsi ilə seçildiyi, xalq qarşısında məsuliyyət daşıdığı heç bir ölkədə belə özbaşınalığa cəsarət etməzlər. Bu biabırçı ayrı-seçkilik təcili şəkildə aradan qaldırılmalıdır!”.

Strateq.az