XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 05:59

Koray Aydın: “AKP – CHP koalisiyası, demək olar ki, hazırdır”

“AKP – CHP koalisiyası demək olar ki, hazırdır”

Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili, Türkiyədə 1999-cu ildə son qurulan koalisiya hökumətinin vasitıçilərindən olan Koray Aydın Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) koalisiya hökuməti quracaqlarını deyib. ANS PRESS-in məlumatına görə, Ankara kuluarlarında olan bugünkü siyasi vəziyyəti dəyərləndirən Aydın səhv etmə ehtimalının olmadığını iddia edib:

“AKP – CHP koalisiyası qurulacaq, çünki iki tərəf də hakimiyyətdə olmaq üçün çox həvəslidir. Mən məclisdəyəm və ümumi havanı görürəm. Səhv etmə ehtimalım sıfıra bərabərdir. çox həvəslidirlər. Bəllidir ki, çox yaxşı izdivac olacaq. Hesab edirəm ki, bu koalisiyanın ömrü çox uzun olmayacaq”.
AKP “sülh prosesi”ni dayandıracağı təqdirdə MHP ilə də danışıqlar masasına otura biləcəyini deyən Koray Aydına görə onların belə bir addımı atması çox çətindir: “çünki onlar qarşı tərəfə tuta bilməyəcəkləri sözlər veriblər və bunun ortaya çıxmasını istəmirlər”.