XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 12:44

“İnsanın həyatında çox şey baş verə bilər” –Gülər Əhmədova məhkəmə qərarından danışdı

guler

“Mənim xəstəliyimi, istəyimi, vəziyyətimi nəzərə alan hər kəsə təşəkkür edirəm”.

Bunu sabiq millət vəkili Gülər Əhmədova Bakı Apellyasiya Məhkəməsinin onun ölkədən 3 aylıq çıxmasına icazə verilməsi ilə bağlı qərarına münasibətində bildirib.

O, tezliklə sağlığına qovuşacağına ümid etdiyini vurğulayıb: “İnşallah güman edirəm ki, tezliklə sağlığıma qovuşaram. Sadəcə qeyd etmək istəyirəm ki, viza alınması məsələlərində vaxtım çox keçməz. Çünki sağlamlığım önəmlidir”. 

G.Əhmədova səhhətində olan problemlə əlaqədar hansı ölkəyə gedəcəyinə hələ qarar vermədiyini qeyd edib: “Məhkəmənin belə bir qərar verəcəyini bilmirdim. Ona görə bu haqda qərar verməmişdim. Yəqin ki, bir həftə ərzində hansı ölkəyə gedəcəyimi planlaşdıracam. İki ölkə nəzərdə tutmuşam”. 

Sabiq deputat Azərbaycanı heç bir ölkə ilə dəyişə bilmədiyini deyib: “Mən bu iqtidarın siyasətini dəstəkləyirəm. Baxmayaraq ki, partiyada deyiləm, amma əqidəmdən dönməmişəm. İnsanın həyatında çox şey baş verə bilər. Amma mənim ölkəmdən, dövlətimdən şikayətim yoxdur”. 

AzNews.az