XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 17:24

“Ermənistan danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır” –Hikmət Hacıyev

hikmet

“Ermənistanın son iki ildə yeritdiyi siyasət və taktikaya nəzərə yetirdikdə, bu ölkənin münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verdiyini görürük”.

Bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Milli Diplomatiya Günü münasibətilə keçirilən tədbir çərçivəsindəki panel iclasında çıxışı zamanı deyib.

H. Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: “Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib”.

XİN sözçüsü Azərbaycanın xarici siyasətində əsas diqqət mərkəzində olan məsələlərdən birinin də TAP və TANAP layihələri olduğunu söyləyib: “Bu layihələrin həyata keçməməsində maraqlı olan müəyyən dairələr var. Bununla belə, Qərb dövlətləri TAP və TANAP layihələrinin həyata keçməsində maraqlıdır”.

APA