XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 11:12

“Siz nə edirsiniz, niyə bizi atırsınız?” – Jirinovskidən sensasion iddia
Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski növbəti dəfə maraqlı təkliflə çıxış edib.
Jirinovskinin sözlərinə görə, ölkə Baş Prokurorluğu Baltikyanı dövlətlərdə (Latviya, Estniya və Litva) müstəqillik haqda keçirilən referendumu qanunsuz sayarsa, həmin ölkələrin Rusiyanın tərkibinə qatılması barədə səsvermə keçirilməlidir:
“Həmin respublikalar bu halda referendum keçirməli olacaqlar. Həmin referendumda bu ölkə sakinlərinin əksəriyyəti yenidən Rusiyanın tərkib hissəsi olmağa səs verəcəklər”.
Vladimir Jirinovskinin fikrincə, Rusiya Baltikyanı dövlətlərin müstəqilliyini tanımaqla həmin ölkələrdəki rusdilli əhaliyə qarşı haqsız davranıb:
“Biz öz həmvətənlərimizi atdıq. Onlar heç vaxt müstəqil dövlətin tərkibində yaşamaq istəməyiblər, onlar SSRİ vətəndaşı olublar və bu ölkənin vətəndaşı olaraq qalmaq istəyirlər. O vaxt Latviya, Litva və Estoniyaya gedirdim. Onlar soruşurdular: “Siz nə edirsiniz, niyə bizi atırsınız?”.
Qalmaqallı siyasətçi Baltikyanı dövlətlərin müstəqilliyinin tanınmasına görə Boris Yeltsin komandasının sağ qalan üzvlərinin mühakiməsini də təklif edib:
“Bu, Yeltsin komanasının – Burbulisin, Şaxrayın, Kozırevin və digərlərinin ağılsızlığı idi. Onlar hələ sağdır və mütləq məsuliyyətə cəlb olunmalıdırlar”.
İyunun 30-da Rusiya Baş Prokurorluğu Baltikyanı dövlətlərin müstəqilliyinin tanınmasının qanuni olub-olmaması ilə bağlı araşdırmaya başlayıb(Modern.az).