XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 14:00

Keçmiş müstəntiq Rüfət Səfərovun məhkəməsi başlayır –Lənkəranda

 rufet-seferov

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Vəkil qeyd edib ki, artıq məhkəmənin hazırlıq iclasının vaxtı da müəyyənləşib. İclas iyunun 25-də hakim Asim Hacıyevin sədrliyi ilə keçiriləcək. (APA)

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.