XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2016 - 21:30

Lavrov:"Xəzərin hüquqi statusuna dair Konvensiya 2017-ci ildə imzalana bilər"

Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2017-ci ildə imzalana bilər.

Bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Görüşün yekunlarına həsr olunan mətbuat konfransında Sergey Lavrov toplantının çox məhsuldar olduğunu və anlaşma şəraitində keçdiyini bildirib. Nazir Xəzər dənizinin yekun statusuna dair Konvensiyanın 2017-ci ildə imzalanmasını tam real hesab etdiyini bildirib.

Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov isə deyib ki, Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti toplantıları bu ilin sentyabrında Tehranda, oktyabrında isə Aşqabadda keçiriləcək. Bu görüşlərdən sonra xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı müəyyən ediləcək.

Toplantı çərçivəsində xarici işlər nazirlərinin Qazaxıstanın Baş naziri Kərim Məsimovla da görüşü keçirilib. Baş nazir tezliklə bütün istiqamətlər üzrə razılığın əldə olunacağına və dövlət başçılarının sammitində Konvensiyanın imzalanacağına inamını ifadə edib(azərtac).