XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 İyul 2016 - 09:52

Sabiq YAP-çı deputat:“Dövlət istəməsə, qiymətlər qalxmaz"

 

eli elirzayev

“Qiymət artımından öncə onu kompensasiya etmək üçün əhalinin gəlirləri də artmalıdır”.

 Strateq.az bildirir ki, bu barədə  keçmiş YAP-çı deputat Əli Əlirzayev Azadlıq radiosuna deyib: “Əhalinin vəziyyəti yaxşılaşmalıdır, gəlirlər artmalıdır, əməkhaqqı, təqaüdlər artmalıdır. Ondan sonra qiymət dəyişə bilər. İkincisi, qiymət artdıqdan sonra əhali də qənaət rejiminə keçəcək, elektrik enerjisindən az istifadə edəcək. Amma istənilən halda, bu artım bəzi ailələrin büdcəsinə 1 manat, bəzisinə 2-3 manat təsir edəcək. Ümumiyyətlə, əhali qiymət artımını heç zaman yaxşı qəbul etmir”.

Əhali qiymət artımını bəlkə də ona görə sevmir ki, elektrik enerjisinin bahalanmasından sonra başqa qiymətlər də qalxa bilər?” sualına eks-deputat belə cavab verib: “Düzdür, elə sahələr var, orda enerji daha çox istifadə olunur, orda qiymətin qalxması başqa qiymətlərə də təsir edəcək. Enerji iqtisadiyyatda aparıcı həlqədir. Enerjinin qiyməti qalxırsa başqa məhsulların da qiymətinə təsirini göstərəcək, ərzağın da qiyməti qalxacaq, beləliklə, əhalinin xərcləri də artacaq. Nəticədə əhalinin rifahı pisləşə bilər. Mən ümumiyyətlə, demirəm ki, qiymətin qalxmasını əhali yaxşı qəbul edir.

Onun sözlərinə görə, hökumət qiymətləri artırmağa məcburdur: “Əsaslandırılır ki, yeni avadanlıqlar quraşdırılır, yeni texnologiya tətbiq olunur, onlar da xaricdən dollarla alınır, qiymət bahalanıb və s. Bununla da, çəkilən xərclər artdıqca gəlirlilik, rentabellilik azalır. Ona görə də məhsulun qiymətini artırmağa məcburdurlar. Amma yenə deyirəm, bu halda əhalinin də gəlirləri artmalıdır. Sovet dövründə qiymət qaldırılmamışdan qabaq əməkhaqları artırılırdı. Əlbəttə hökumət istəsə, o xərcləri büdcə hesabına ödəyə bilər. Enerjini əhaliyə ucuz da sata bilər. Hamısı dövlətin məhsuludur, dövlətin inhisarındadır. Həmin sahəyə dotasiya ayıra bilər. Bazar iqtisadiyyatı dövründə dotasiya sözü çox işlədilmir, ancaq dövlət həmin sahənin xərclərini boynuna götürə bilərdi, enerji də, neft də dövlətindir. Büdcəyə daxilolmalar azaldıla bilərdi. Dövlətin tənzimləmə siyasəti var. Məsələn, vacib məhsullara vergini ləğv edə bilərdi. Ancaq bir şey də var, qiymət ucuz olanda insanlar bəzən israfçılıq da edirlər. Qiymət qalxandasa qənaətə keçirlər”.