XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 11:35

Prezident İlham Əliyev Britaniyanın yeni baş nazirini təbrik etdi:“Britaniya ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır"

ilham forum

Prezident İlham Əliyev Böyük Britaniyanın yeni baş naziri Tereza Meyə təbrik teleqramı göndərib.

Teleqramda deyilir:

“Hörmətli xanım Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi və dərinləşməsi məmnunluq doğurur. Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və onların dünya bazarlarına ixracı sahələrində ölkələrimizi təmsil edən şirkətlərin birgə səmərəli işi qarşılıqlı faydalı əməkdaşlığımızın göstəricisidir.

Ümidvaram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli xanım Baş nazir, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti