XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

15 İyul 2016 - 12:27

Cəmil Həsənli:“Rüstəm İbrahimbəyovla bu yaxınlarda Moskvada görüşdüm”

cemil-hsenli-1

 “Bu yaxınlarda Moskvada oldum və Rüstəm İbrahimbəyovla görüşdüm. Rüstəm bəy Milli Şuranın fəxri sədridir və bu istiqamətdə Milli Şura ilə sıx əlaqə saxlayır”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədri, professor Cəmil Həsənli deyib.

C. Həsənlinin sözlərinə görə, hal-hazırda tədqiqat işi ilə bağlı sənədlər üzərində işləyir: “Hər halda, bunun bir yaxşı araşdırma olacağına ümid bəsləyirəm”. Onun sözlərinə görə işlər tam yekunlaşmamış ətraflı danışmaq düzgün deyil: “Gün ərzində tədqiqatlarımı davam etdirirəm. Eyni zamanda, siyasi işlərlə də maraqlanıram. Dünyada baş verən siyasi prosesləri analiz edirəm.